Milyarder Ağalarov oğlu ilə bizneslərini xilas etmək üçün kredit götürüblər

Milyarder Ağalarov oğlu ilə bizneslərini xilas etmək üçün kredit götürüblər

25 Sentyabr 2020 14:07
Bəyəndim (1) Bəyənmədim (0)

Crocus Group-un sahibi və prezidenti Araz Ağalarov və oğlu müğənni Emin Ağalarov şirkətin maliyyə öhdəliklərini yerinə yetirə bilməsi üçün kredit alıblar.

Oxuməni.az-ın Forbes.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Emin Ağalarov RBK telekanalına müsahibəsində bildirib.

"Atam Araz Ağalarovla birlikdə böyük məbləğdə şəxsi kreditlər götürdük",-deyə Emin bildirib.

O deyib ki, kreditləri onlar rubl və dollarla fiziki şəxslər kimi rəsmiləşdiriblər. Bunun səbəblərindən biri də odur ki, banklar indi biznesə o qədər də həvəslə kredit ayırmırlar. Kredit ilk növbədə Sberbank qarşısında öhdəliklərin yerinə yetirilməsi və yarımçıq layihələrin başa çatdırılması üçün lazımdır.

Emin kreditlərin dəqiq məbləğlərini açıqlamayıb. Lakin RBC-nin mətbuat xidməti müəyyən edib ki, Emin Ağalarov 100 milyon rubl kredit götürüb.

Aprel ayında Emin Forbes-ə deyib ki, iyun ayının sonunda o, üç avtomobilini satıb, amma yenə də maaşların ödənilməsi üçün kredit almaq məcburiyyətində qalıb. İyul ayında Aras Agalarova məxsus Crocus qrupunun itkiləri 4 milyard rubl olub. Emin dəqiqləşdirib ki, biznes itkiləri də nəzərə alınmaqla bu məbləğ 5 milyard rubl təşkil edir.

Aras Ağalarov Forbes versiyasına görə Rusiyanın 200 ən varlı iş adamı siyahısında 55-ci yeri tutub. Reytinq tərtib edilən vaxt onun varidatı 1,7 mlrd dollar olub. Emin isə Rusiyanın ən uğurlu ulduzlarının siyahısında 29-cu yeri tutub. Onun illik gəliri $3,1 mln dollar olub.

Oxuməni.az