6 manat kapitalı olan şirkət 2,3 milyonluq tenderin qalibi olub

6 manat kapitalı olan şirkət 2,3 milyonluq tenderin qalibi olub

24 Sentyabr 2020 12:27
Bəyəndim (1) Bəyənmədim (0)

Ağdaş rayon İcra Hakimiyyəti tikintisi işlərinin satın alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, tenderi cəmisi 6 manatlıq kapitalı olan "Simmetriya” MMC qazanıb. Məsələ ilə bağlı FEd.az-ın yaydığı məlumatda deyilir ki, İcra hakimiyyəti Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması üçün "Simmetriya” MMC ilə 2 milyon 340 min 195 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, "Simmetriya” MMC 18 noyabr 2002-ci ildə 6 manat nizamnamə kapitalı ilə yaradılıb. MMC-nin qanuni tamsilçisi Ağa Ağayev Xəqani oğludur. Şirkətin hazırda 3 min 191 manat vergi borcu var.

Oxuməni.az