Dünyada pandemiya səbəbindən 300 milyon nəfəri aclıq təhlükəsi gözləyir

Dünyada pandemiya səbəbindən 300 milyon nəfəri aclıq təhlükəsi gözləyir

23 Sentyabr 2020 09:54
Bəyəndim (2) Bəyənmədim (0)

Dünya iqtisadiyyatı pandemiya sayəsində 4% azalacaq.

Oxuməni.az xəbər verir ki, bu proqnozla BMT-nin Ticarət və İnkişaf Konfransı çıxış edib.

Hesabata əsasən, dünya ticarəti təxminən beşdə bir qədər, birbaşa xarici investisiyalar 40%-ə qədər, pul köçürmələri 100 milyard dollardan çox azalacaq. Bununla belə, ən böyük iqtisadi və sosial zərərin inkişaf edən ölkələrdə qeydə alınacağı vurğulanıb.

Təşkilat 90 milyondan 120 milyon nəfərə qədər insanın yoxsulluq həddində yaşamaq məcburiyyətində qalacağını, 300 milyon nəfərin isə qida təhlükəsizliyi problemləriylə qarşılaşacağını bildirib.

Rüfət

Oxuməni.az