Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur

Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur

22 Sentyabr 2020 15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Sərəncamın icrası olaraq, rayonun Birinci Biləcik, Baş Göynük, Aydınbulaq, İbrahimkənd, Daşbulaq, Daşüz, Qoxmuq və Vərəzət kəndlərində, ümumilikdə, 9 subartezian quyusunun qazıntısı işləri artıq yekunlaşıb və hazırda elektrik avadanlığının quraşdırılması üçün hazırlıq görülür. Bu günlərdə rayonun Oxud kəndində də yeni subartezian quyusunun qazılmasına başlanılıb. Sərəncama əsasən, həmin kənddə 2 subartezian quyusu qazılacaq.

Yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyular qazılacaq. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Yeni subartezianların istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

Səda

Oxuməni.az