Azərbaycanda neft istehsalı azalmaqda davam edir

Azərbaycanda neft istehsalı azalmaqda davam edir

22 Sentyabr 2020 11:14
Bəyəndim (1) Bəyənmədim (0)

Cari ilin yanvar-avqust aylarında ölkədə 23,2 milyon ton neft (kondensatla birlikdə) hasil olunub.

Oxuməni.az-a Energetika Nazirliyindən bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,8 milyon ton az olub. Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Oxuməni.az