Türkiyə Neft Şirkəti yaxın günlərdə Liviyada neft axtarışına başlayacaq

Türkiyə Neft Şirkəti yaxın günlərdə Liviyada neft axtarışına başlayacaq

22 Sentyabr 2020 10:37
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Liviyada çevik şəkildə fəaliyyətini davam etdirir.

Oxuməni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankara Liviyaya yeni neft sahələrinin axtarışında yardım edəcək. Bununla bağlı Türkiyə ilə Liviyanın legitim hökuməti arasında əldə edilən razılaşmaya əsasən ölkənin yenidən inşası üçün türk özəl sektoru hərəkətə keçib. Razılaşma çərçivəsində Liviyanın Milli Neft Şirkəti (NOC) ilə Türkiyə Neft Şirkəti yaxın günlərdə adı çəkilən ölkənin müxtəlif ərazilərində neft axtarışına başlayacaq.

Fuad

Oxuməni.az