Sabahdan etibarən Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabahdan etibarən Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

8 May 2012 15:00
855
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Müraciətdə bildirilir: "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş beynəlxalq velosiped turniri ilə əlaqədar mayın 9-da paytaxtın Azadlıq meydanı, Neftçilər prospekti boyunca Azneft dairəsində, Nobel prospekti, Zığ şosesində, mayın 10-u və 12-də Bakı-İsmayıllı, mayın 11-də isə Qəbələ-Şəki yolunda nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq. Sürücülərdən qeyd olunan günlərdə həmin istiqamətlərdə fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri xahiş olunur".

O.M.