Azərbaycanın sığorta bazarı düzgün istiqamətdə inkişaf edir

Azərbaycanın sığorta bazarı düzgün istiqamətdə inkişaf edir

14 Sentyabr 12:10
418
Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycanın sığorta bazarı post-pandemiya dövründə yeni mərhələdə dayanıqlı inkişaf üçün kifayət qədər potensiala malikdir.

Oxuməni az-ın xəbərinə görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Assosiasiya bu potensialın düzgün qiymətləndirilməsi istiqamətində sığortaçılara fundamental əsasda dəstək verəcək:

“Azərbaycanın sığorta bazarı düzgün istiqamətdə hərəkət edir. Maliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan sığorta sahəsi bütün dünya iqtisadiyyatlarında olduğu kimi COVID-19 pandemiyasında bu və ya digər formada ziyan görüb”.

O vurğulayıb ki, Azərbaycanda yaradılmış sağlam iqtisadi inkişaf modeli və vaxtında görülmüş tədbirlər sayəsində sığorta bazarı pandemiyanın daha genişmiqyaslı fəsadlarından qurtula bilib.

Oxuməni.az