Sabah havanın temperaturu 28 dərəcə isti olacaq

Sabah havanın temperaturu 28 dərəcə isti olacaq

8 May 2012 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər zəif dumanlı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 9-da əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Mayın 9-10-da Abşeron yarımadasının hava şəraitində mühüm dəyişikliklər gözlənilmir. Hava şəraiti mülayim dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gün ərzində zəif, gündüz saatlarında isə mülayim cənub-şərq küləyi əsəcək.

O.M.