Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

8 May 2012 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşən 118 metrlik körpü qəzalı vəziyyətə düşüb. APA-nın məlumatına görə, bu səbəbdən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər Xaçmaz rayonundan keçməklə hərəkət edir. Quba 5 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov faktla bağlı bildirib ki, dayaqlarda problemlər yaranıb və körpü təmirə dayanıb. İdarə rəisi bir müddət yolda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını qeyd edib.

O.M.