Bakı-XXI Əsr MMC fəaliyyətinə xitam verir

Bakı-XXI Əsr MMC fəaliyyətinə xitam verir

10 Sentyabr 2020 11:34
Bəyəndim (4) Bəyənmədim (0)

Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan Bakı-XXI Əsr MMC fəaliyyətinə xitam verir.

Oxuməni.az xəbər verir ki, bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Məlumata görə, buna səbəb şirkətin Top Properties MMC-yə qoşulmasıdır.

Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.

"Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.

Oxuməni.az