Azərbaycan Koka-Kola Bottlers MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib

Azərbaycan Koka-Kola Bottlers MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib

9 Sentyabr 2020 15:33
Bəyəndim (4) Bəyənmədim (0)

Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Koka-Kola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən Azərbaycan Koka-Kola Bottlers MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.

Oxuməni.az xəbər verir ki, o, sentyabrın 1-dən yeni vəzifəsinin icrasına başlayıb.

"Azərbaycan Koka-Kola Bottlers" Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Koka-Kola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən Koka-Kola İçəcək (CCİ) şirkətinin bir hissəsidir. Koka-Kola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə “Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.

Ölkənin qida sənayesində 30 illik təcrübəyə malik Rəna xanım 1996-cı ildən Koka-Kola İçəcək” şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və bu müddət ərzində bir sıra rəhbər vəzifələrə təyin edilib. 2018-ci ildən Koka-Kola-nın Azərbaycan və Türkmənistan ölkələrinin Təchizat Sistemləri Direktoru vəzifəsində çalışıraq istehsal, keyfiyyətə nəzarət, planlaşdırma və satın alma, distribütorluq, texniki dəstək, optimallaşdırma kimi təchizat zənciri proseslərinə rəhbərlik edib. Koka-Kola Sisteminin ən uğurlu qadın rəhbərlərindən olan Rəna Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisaası üzrə bakalavr və magistr təhsili alıb, Biologiya üzrə Fəlsəfə Doktorudur.

Oxuməni.az