Polşa Almaniyaya "Şimal Axını-2" əvəzinə Baltic Pipe qaz kəmərini təklif edir

Polşa Almaniyaya "Şimal Axını-2" əvəzinə Baltic Pipe qaz kəmərini təklif edir

9 Sentyabr 2020 15:20
Bəyəndim (1) Bəyənmədim (0)

Polşa Almaniyaya "Şimal Axını-2" nin yerinə inşa edilən Baltic Pipe qaz kəmərindən istifadə etməyi təklif etməyə hazırdır.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Polşa hökumətinin mətbuat katibi Pyotr Müller bildirib.

Xatırladaq ki, Varşava Norveçdən ildə 8 mlrd.kubmetrə qədər nəqletmə gücü olan Baltic Pipeqaz kəmərini inşa edir. Yeni qaz kəmərinin 2022-ci ilə qədər hazır olacağı gözlənilir. Rusiyanın "Şimal Axını-2" qaz kəmərinin inşası isə demək olar başa çatıb, Lakin qaz kəmərinin inşasının tam şəkildə başa çatdırılmasına ABŞ sanksiyaları mane olur. Almaniyanın bir sıra siyasətçiləri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı Rusiya qaz kəmərinin tikintisinin dayandırılmasının tərəfdarıdırlar. Almaniya kansleri Angela Merkel bildirib ki, "Şimal Axını-2" ilə bağlı qərar hələlik qəbul edilməyib.

"Əgər söhbət enerji təhlükəsizliyindən gedirsə, müxtəlif variantları nəzərdən keçirmək lazımdır. Polşa bu sahədə Avropa həmrəyliyinin birmənalı olduğunu əvvəldən vurğulamışdı. Buna görə də əgər Almaniya arzu etsə, onda Polşanın tikdiyi infrastrukturdan istifadə etməsi problem olmayacaq"- deyə cənab Müller Polşa televiziyasının efirində bildirib.

Oxuməni.az