Bazar günü hava buludlu və yağmurlu olacaq

Bazar günü hava buludlu və yağmurlu olacaq

5 May 2012 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 6-da bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 12-17, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Mayın 6-7-də Abşeron yarımadasında hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi gözlənilir.

O.M.