Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi azalıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi azalıb

14 Avqust 15:00
4 470
Bəyəndim (1) Bəyənmədim (0)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 1 514 029,45 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,8% azdır.

Oxuməni.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 1,8% artaraq 430 762,53 min dollar, idxalın həcmi isə 8,5% azalaraq 1 083 266,92 min dollar təşkil edib.

Hesabat dövründə 652 504,39 min dollarlıq mənfi ticarət saldosu yaranıb(ötən ilin eyni dövrü ilə müqayisədə 14% az). Ötən ilin müvafiq dövründə bu göstərici 760 527,03 min dollar təşkil edib.

Oxuməni.az