Jurnalistlərə fərdi mənzillər 2013-cü ildə veriləcək

Jurnalistlərə fərdi mənzillər 2013-cü ildə veriləcək

3 May 2012 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Jurnalistlər üçün inşa edilən bina 2013-cü ilin sentyabrında təhvil veriləcək". Bunu prezident KİVDF-nin icraçı direktoru Vüqar Səfərli 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar keçirilən tədbirdə deyib. O bildirib ki, mənzillərin bölgüsünə də 2013-cü ildən başlanacaq: "Hazırda binanın 10-cu mərtəbəsində tikinti gedir. Bina tam hazır olandan və təmir işlərinə başlanıldıqdan sonra mənzillərin paylanması üzrə texniki işlərə start veriləcək".

V.Səfərli qeyd edib ki, mənzillərin jurnalistlərə verilməsi üçün əvvəlcə meyarlar müəyyənləşdiriləcək: "Bunun üçün jurnalistlərdən fərdi qaydada sənədlərini təqdim etmələri istəniləcək. Heç bir mətbuat orqanı jurnalistə təqdimat verə bilməyəcək. Sənədlər təqdim olunduqdan sonra fondda formalaşdırılan komissiya həmin sənədləri araşdıracaq və yekun qərar verəcək".

O.M.