Sabah hava yağmurlu olacaq

Sabah hava yağmurlu olacaq

2 May 2012 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mayın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək. havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda yağıntıların lokal leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

O.M.