Belarus Rusiyadan neft alınmasını azaldıb

Belarus Rusiyadan neft alınmasını azaldıb

5 Avqust 12:31
4 244
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusiya 2020-ci ilin avqust ayında Rusiyadan neft alınmasını 1,21 milyon tona qədər azaldacaq.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə "Belneftexim" konserninin nümayəndəsi Aleksandr Tişenko məlumat verib.

Onun sözlərinə görə, avqust ayında Belarusun neftə olan tələbatı 1,37 milyon ton səviyyəsində müəyyən edilib. Belarus tərəfi Rusiyadan alınan 1,21 milyondan artıq həcmləri Azərbaycan və ABŞ hesabına bağlayacaqdır. Avqust ayında bu ölkələrdən ümumi həcmi 160 min ton olan iki tanker tədarükü nəzərdə tutulur.

2020-ci ilin iyulunda Belarus Rusiyadan 1,58 milyon ton neft alıb. Ümumilikdə, yanvar-iyul aylarında Rusiya neftçiləri Belarusa 6,14 milyon ton yanacaq gətiriblər ki, bu da ötən ilin analoji dövrünün 37,4 faizindən azdır.

Belarus Prezidenti Aleksandr Lukaşenko 4 avqust 2020-ci ildə xalqa müraciət edərkən bildirib ki, ölkənin büdcəsi Rusiya ilə neft çəkilməsinə görə 600 milyon dollardan çox itirib. O, 2025-ci ildən sonra respublikaya neft və qaz tədarükünün yeni sxemini elan edib. Hazırda Rusiya ilə yanaşı, respublika Azərbaycan, Norveç, ABŞ və Səudiyyə Ərəbistanından xammal alır. Əvvəllər Rusiya Belarus tərəfi üçün yeganə təchizatçı idi.

Oxuməni.az