Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yerə çıxıb

Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yerə çıxıb

30 İyul 12:44
7 124
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycandan 4 527,39 kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,4% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında birinci yerə çıxıb.

Oxuməni.az-ın Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsi (EPDK) tərəfindən verildiyi məlumatlar əsasında edilən hesablamalara görə, Türkiyə 2019-cu ilin yanvar-may aylarında Azərbaycandan 3 759,01 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, bu ilin may ayında Azərbaycan 881,58 mln. kubmetrlə Türkiyənin qaz idxalında birinci yerdə qərarlaşıb (idxalın 33,04%-i). İkinci yerdə 339,95 mln. kubmetrlə Rusiyadır. May ayında Türkiyə İrandan qaz idxal etməyib.

Bu ilin ilk beş ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə ikinci yeri Rusiya tutur. Bu ilin yanvar-mayında bu ölkədən Türkiyəyə 4 522,12 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Boru kəməri vasitəsi ilə idxal üzrə üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 2 029,21 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvar-may aylarında Türkiyənin qaz idxalı 20 492,55 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur.

Oxuməni.az