Azərbaycanın neft-qaz sektoruna son 25 ildə 106 mlrd. dollardan çox investisiya yatırılıb

Azərbaycanın neft-qaz sektoruna son 25 ildə 106 mlrd. dollardan çox investisiya yatırılıb

24 İyul 2020 16:15
Bəyəndim (0) Bəyənmədim (1)

Azərbaycana 1995-2019-cu illərdə qoyulan 140 mlrd. ABŞ dollarından çox xarici investisiyanın 85 mlrd. dolları neft-qaz sektoruna cəlb edilib.

Energetika Nazirliyindən Oxuməni.az-a verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində "Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu" mövzusunda çıxış edərək deyib.

Onun sözlərinə görə, bu müddətdə neft-qaz sektoruna yatırılan ümumi investisiyanın həcmi isə 106 mlrd. dollardan çox olub.

Oxuməni.az