Türkiyə Qara dənizdə ilk dəfə geoloji kəşfiyyat işlərinə başlayıb

Türkiyə Qara dənizdə ilk dəfə geoloji kəşfiyyat işlərinə başlayıb

20 İyul 2020 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin "Fatih" qazma gəmisi Qara dənizdə ilk dəfə olaraq geoloji kəşfiyyat işlərinə start verib.

Oxuməni.az-ın məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, "Fatih" Türkiyə xalqının dəstəyi ilə Qara dənizdəki "Tuna-1" sahəsində qazma işlərinə başlayıb: "Enerji müstəqilliyinə nail olmaq üçün dənizlərimizin hər kvadrat metrində işlər aparılacaq. Orada bir şey varsa, mütləq tapacağıq".

Xatırladaq ki, bundan öncə "Fatih" gəmisinin Qara dənizdə geoloji kəşfiyyat işlərinə iyulun 15-də başlayacağı gözlənilirdi.

Oxuməni.az