Azərbaycanda yaxın 2 gün ərzində havanı temperaturu 18 dərəcəyə düşəcək

Azərbaycanda yaxın 2 gün ərzində havanı temperaturu 18 dərəcəyə düşəcək

30 Aprel 2012 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, 01 mayda Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 24-28 dərəcə isti olacaq.

Mayın 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-15, gündüz 21-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
Mayın 2-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılır.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 1-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

O.M.