AB iqtisadiyyatı 9,3 faiz kiçiləcək - BVF

AB iqtisadiyyatı 9,3 faiz kiçiləcək - BVF

13 İyul 2020 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi ölkələrinin real ümumdaxili məhsulu 2019-cu il səviyyəsinə yalnız 2022-ci ildə qayıdacaq.

Oxuməni.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Avropa Departamentinin direktoru Poulya Tomsen deyib.

O, 2022-ci ildən sonra Avropa iqtisadiyyatın özünün əhəmiyyətli struktur yenidənqurmasına ehtiyac olacağını bildirib:

“Biz indi AB-dəki real ÜDM-nin 2020-ci ildə 9,3% azalacağını gözləyirik. 2021-ci ildə ÜDM artımı 5,7% olacaq. Avropa iqtisadiyyatı 2019-cu il səviyyəsinə 2022-ci ildə qayıdacaq”.

Oxuməni.az