Həftə sonu havanın temperaturu 29 dərəcəyədək yüksələcək

Həftə sonu havanın temperaturu 29 dərəcəyədək yüksələcək

27 Aprel 2012 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 28-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Gecə 11-16, gündüz 23-28 dərəcə isti gözlənilir.

Aprelin 29-da hava dəyişkən buludlu, yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-16, gündüz 23-28 isti olacaq.
Azərbaycanın rayonlarında aprelin 28-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.
Aprelin 29-da hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

O.M.