Azərbaycan ərazisində havanın temperaturu 29 dərəcəyədək artacaq

Azərbaycan ərazisində havanın temperaturu 29 dərəcəyədək artacaq

25 Aprel 2012 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, aprelin 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Aprelin 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 11-15, gündüz 23-28 dərəcə isti gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 26-da hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Aprelin 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 11-16, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

O.M.