Sabah Bakı ətrafındakı bəzi kəndlərə və qəsəbələrə su fasilələrlə veriləcək

Sabah Bakı ətrafındakı bəzi kəndlərə və qəsəbələrə su fasilələrlə veriləcək

24 Aprel 2012 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması və yay rejiminə hazırlıqla əlaqədar kompleks tədbirləri davam etdirir. Təsdiq olunmuş proqrama uyğun olaraq aprelin 24-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq.

Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanacaq, təmirə ehtiyac olan hissələr bərpa ediləcək, nasaz siyirtmələr yeniləri ilə əvəzlənəcək. Bununla əlaqədar aprelin 24-də Mehdiabad, Digah, Pirşağı, Məhəmmədi qəsəbələrinə, Bağlar zonası, Sovxoz adlanan əraziyə, həmçinin Sabunçu rayonunun şərq hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

O.M.