İyunun 6-da OPEC və qeyri-OPEC ölkələrinin iki görüşü keçiriləcək

İyunun 6-da OPEC və qeyri-OPEC ölkələrinin iki görüşü keçiriləcək

5 İyun 2020 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Neft hasilatının azaldılması barəsində razılığa gələn ölkələr iyunun 6-da iki görüş keçirməyi planlaşdırırlar.

Bu barədə Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, əvvəlcə OPEC ölkələri, sonra bütün "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) iştirakçı dövlətlərinin görüşləri keçiriləcək.

Görüşün vaxtı hələlik rəsmi olmamasına baxmayaraq, şənbə günü görüşlərin keçirilməsi çərçivəsində hazırlıqlara başlanılıb.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Oxuməni.az