OPEC+ iclasının vaxtının dəyişdirilməsinə dair qərar bu gün verilə bilər

OPEC+ iclasının vaxtının dəyişdirilməsinə dair qərar bu gün verilə bilər

2 İyun 14:02
3 475
Bəyəndim (0) Bəyənmədim (0)

OPEC+ iclasının iyun ayının 10-dan 4-nə keçirilməsinə qarşı çıxan olmadığı üçün bununla bağlı qərar elə bu gün verilə bilər.

Oxuməni.az “TASS”a istinadən xəbər verir ki, OPEC-dəki mənbələrin fikrincə, bu təşkilatın üzv ölkələri neft hasilatını bu aydan sonrakı dövrdə də azaltmaqla bağlı razılığa gəlməlidir. Belə ki, ilkin olaraq Yaxın Şərq ölkələri hasilatın may – iyun ayları üçün razılaşdırılmış maksimum ixtisarını ilin sonunadək uzatmağı təklif etsələr də, Rusiya bununla razılaşmayıb və hazırda həmin müddətin üç ay uzatmaq variantı daha çox gündəmə gətirilir.

Başqa bir mənbənin dediyinə görə, iclasın vaxtını dəyişdirməklə bağlı son qərar hasilatla bağlı razılaşmanın may ayında icrasına dair yekunlar bəlli olandan sonra verilməlidir.

Digər mənbənin fikrincə isə həmin yekunlar artıq bu gün bəlli olacağı üçün görüş vaxtı da bu gün dəyişdiriləcək.

Xatırladaq ki, aprelin 12-də OPEC+ iştirakçıları hasilatın may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci il aprel ayının sonuna qədər 5,8 milyon barel azaldılmasına razılıq verib. OPEC+ ölkələri iyunun 9-10-da videokonfrans rejimində bazardakı vəziyyəti və sazişin ilk nəticələrini müzakirə etməyi nəzərdə tuturdu.

Oxuməni.az