Moldova Rusiya kreditindən imtina etmədi

Moldova Rusiya kreditindən imtina etmədi

1 İyun 15:45
3 469
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Rusiya kreditinin alınmasıyla bağlı danışıqlardan imtina etməyə hazırlaşmır.

Oxuməni.az xəbər verir ki, bunu Moldova Baş naziri İon Kiku deyib.

“Biz Rusiya kreditindən imtina etmirik. İmzaladığımız müqavilə Moldovanın maraqlarına cavab verir. Buna etiraz edənlər respublikanın maraqlarına ciddi zərbə vurur”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Moldova Konstitusiya Məhkəməsi mayın 7-də Rusiya və Moldova arasında 200 milyon avro həcmində kredit razılaşmasının qeyri-konstitusion olması barədə qərar qəbul etmişdi.

Oxuməni.az