OPEC+ alyansın iclasının vaxtının dəyişdirilməsini müzakirə edir

OPEC+ alyansın iclasının vaxtının dəyişdirilməsini müzakirə edir

31 May 2020 11:47
Bəyəndim (0) Bəyənmədim (0)

Əlcəzairin Energetika naziri Məhəmməd Arkab OPEC+ üzvlərinə alyansın növbəti iclasının iyunun 4-nə çəkilməsini təklif edib.

Bu barədə Oxuməni.az “Reuters”ə istinadən xəbər verir.

Daha əvvəl iclasın iyunun 9-10-da keçirilməsi planlaşdırılmışdı.

Məhəmməd Arkab təşkilata ünvanladığı məktubda bəzi nazirlərlə görüşdüyünü açıqlayıb.

Onun fikrincə, görüşün vaxtının əvvələ çəkilməsi tələbatdan asılı olaraq, ənənəvi alıcılar arasında neftin paylanmasına kömək edəcək.

Xatırladaq ki, OPEC+ sazişinin müddətinin uzadılmamasından sonra martda neftə qlobal tələbat azalıb. “Brent” markalı neftin qiyməti son 20 ilin minimumuna düşüb, WTI markalı neftin qiyməti tarixdə ilk dəfə mənfi göstəricilərə çatıb. Aprel ayında bazar vəziyyətini sabitləşdirmək üçün OPEC+ üzvü olan ölkələr neft hasilatının rekord dərəcədə azaldılması barədə razılığa gəliblər.

Oxuməni.az