Azərbaycanda yaş senzi ilə əlaqədar 5756 səhiyyə işçisi işdən azad edilib

Azərbaycanda yaş senzi ilə əlaqədar 5756 səhiyyə işçisi işdən azad edilib

19 Aprel 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Azərbaycanda yaş senzi ilə əlaqədar mart ayının sonuna qədər 5756 səhiyyə işçisi işdən azad edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyə əsasən, rayon xəstəxanaları üzrə 3865 nəfər işdən azad olunub. Onlardan 717-si həkim, 2439-u orta tibb işçisi, 761 nəfər isə "digərləri" kateqoriyasına daxil olan işçilərdir. A. Qədirli deyib ki, Bakı şəhəri üzrə yaş senzinə görə, işdən azad edilənlərin sayı 1548 nəfər olub. Onlardan 447-si həkim, 688-i orta tibb işçisi, 413 nəfər isə "digərləri" kateqoriyasına aid edilən işçilər olub: "Səhiyyə Nazirliyinin birbaşa tabeliyində olan tibb müəssisələri üzrə isə yaşı 65-i ötmüş 343 nəfər işdən azad edilib. Onlardan 138-i həkim, 72-si orta tibb işçisi, 132 nəfər isə "digərləri" kateqoriyası üzrə olub".

O.M.