Dünyanın ən zəngin 25 adamı pandemiyadan 255 milyard ABŞ dolları qazanıb

Dünyanın ən zəngin 25 adamı pandemiyadan 255 milyard ABŞ dolları qazanıb

25 May 15:15
4 049
Bəyəndim (1) Bəyənmədim (0)

“Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb.

Oxuməni.az xəbər verir ki, 23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb.

COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb.

Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəhbəri Ceff Bezos göstərilən müddətdə 29,9 milyard qazanaraq kapitalını 146,9 milyard ABŞ dollarına qədər artırıb.

Dünyanın ən varlı 25 iş adamının cəmi sərvəti 1,5 trilyon ABŞ dollarına çatıb. Jurnalistlərin fikrincə, bu, bütün “Forbes” milyarderlərinin sərvətinin 16 faizini təşkil edir.

Oxuməni.az