Aİ-də koronavirusa görə yeni avtomobillərin satışı kəskin azalıb

Aİ-də koronavirusa görə yeni avtomobillərin satışı kəskin azalıb

19 May 2020 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar-aprel aylarında Avropa İttifaqında (Aİ) yeni avtomobillərin satışı 38,5% azalaraq 2,75 mln. ədədə enib.

Oxuməni.az-ın Avropa Avtomobil İstehsalçıları Birliyinə istinadən verdiyi məlumata görə, aprel ayında bu göstərici illik ifadədə 4,2 dəfə azalıb.

“Belə bir azalma ilk dəfə pandemiya səbəbindən baş verib. İtaliya və İspaniya koronavirusdan ən çox əziyyət çəkən ölkələr olub və bu, bütövlükdə iqtisadiyyata və avtomobillərin satışına mənfi təsir edib”, - Birliyin məlumatında deyilir.

Məlumatda həmçinin qeyd olunub ki, aprel ayında İtaliyada yeni avtomobillərin qeydiyyatı 41 dəfə, İspaniyada isə 28,7 dəfə azalıb.

Oxuməni.az