ABŞ İranın PAYMENT24 şirkətinin rəhbərlərinə qarşı ittihamlar irəli sürüb

ABŞ İranın PAYMENT24 şirkətinin rəhbərlərinə qarşı ittihamlar irəli sürüb

19 May 11:29
4 453
Bəyəndim (0) Bəyənmədim (0)

İranın PAYMENT24 şirkətinin qurucusu və icraçı direktoru Seyid Səcad Şahidian və əməliyyat direktoru Vahid Vali ölkələrinə qarşı tətbiq edilən sanksiya qaydalarını pozub.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat büllitenində bildirilir.

Məlumata görə, onlar dələduzluqda, çirkli pulların yuyulmasında, şəxsi göstəricilərin oğurlanmasında, ABŞ-a qarşı cinayət törətməkdə ittiham olunurlar.

“Prokuror Erik Makdonald bu gün 33 yaşlı Seyid Səcad Şahidian, 33 yaşlı Vahid Vali və PAYMENT24 şirkətinə qarşı maliyyə tranzaksiyaları həyata keçirərkən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarını pozmaqla bağlı ittiham irəli sürüb”, - nazirliyin açıqlamasında vurğulanıb.

Məlumata görə, S.S.Şahidian Böyük Britaniyadan ABŞ-a ektradisiya edilsə də, V.Vali hələ ki, azadlıqdadır.

Xatırladaq ki, PAYMENT24 internetdə maliyyə xidmətləri göstərən şirkətdir. Onun İranın Tehran, Şiraz və İsfahan şəhərlərində 40-a yaxın əməkdaşı var. ABŞ hökumətinin gəldiyi qənaətə görə, şirkət İrana qarşı sanksiyalarından yan ötməklə islam respublikasının vətəndaşlarına hesablaşmalarda yardım edib, ABŞ-dan lisenziyalı proqram təminatı əldə edərək qanunsuz xidmətlər göstərib.

Oxuməni.az