Səudiyyə Ərəbistanı və Küveyt neytral zonada neft hasilatını dayandırır

Səudiyyə Ərəbistanı və Küveyt neytral zonada neft hasilatını dayandırır

18 May 11:19
2 792
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Həfci birgə neft yatağında neft hasilatını dayandıracaq.

Oxuməni.az-ın məlumatına görə, aprel ayında bu bölgədə neft hasilatı 260 min barel/sutka təşkil etmişdi. Birgə yataqda hasil olunan neft iki ölkə arasında bərabər səviyyədə paylanır.

Xatırladaq ki, Küveyt, Səudiyyə Ərəbistanı və digər OPEC+ ölkələri aprel ayında neft hasilatını təxminən 10 milyon barel/sutka həcmində azaltmaq barədə razılıq əldə etmişdi.

Razılıq 2022-ci ilin aprelində qüvvədə olacaq.

Oxuməni.az