Azərbaycanda elektron ticarət subyektləri vergiyə cəlb olunacaq

Azərbaycanda elektron ticarət subyektləri vergiyə cəlb olunacaq

18 Aprel 2012 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyi İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinovun jurnalistlərə verdiyi məlumata görə, Azərbaycanda elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı təkliflər hazırlanır.

Belə ki, hazırda bütün dünyada geniş yayılan elektron ticarətin populyarlaşması ilə bağlı olaraq Vergilər Nazirliyi Azərbaycanda da elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı işlər aparır: "Biz bununla bağlı ən qabaqcıl ölkələrin təcrübəsini öyrənmək üçün Avropadaxili Vergi Administrasiyası təşkilatına müraciət etmişik. Bu təcrübəni öyrənəndən sonra Vergi Məcəlləsinə həm stimullaşdırıcı, həm də inzibati dəyişikliklər nəzərdə tutulacaq".
Bundan başqa, Vergilər Nazirliyi transfert qiymətlərinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlayır. Artıq bununla bağlı qabaqcıl ölkələrin təcrübəsi öyrənilir: "Bu iş başa çatandan sonra ya Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi, ya da ayrıca qanunun qəbul edilməsi nəzərdə tutulur".

O.M.