Bu gündən etibarən havanın temperaturu yüksələcək

Bu gündən etibarən havanın temperaturu yüksələcək

18 Aprel 2012 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakı və Abşeron yarımadasında yaxın 3 gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında 20-24 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 19 və 20-də hava əsasən yağmursuz keçəcək. Lakin ayın 20-də axşam dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Aran rayonlarında havanın temperaturu 22-27 dərəcə, dağlıq rayonlarda isə 13-18 dərəcə isti təşkil edəcək.

O.M.