Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 318 milyon dolları ötüb

Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 318 milyon dolları ötüb

15 May 2020 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvar-aprel aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 318 milyon dolları keçib.

Ukrayna Dövlət Statistika Komitəsindən Oxuməni.az-a bildirilib ki, 4 ayda Azərbaycan bu ölkəyə 171,8 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 146,2 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

Oxuməni.az