BMT: Dünya iqtisadiyyatı bu il 3,2% azalacaq

BMT: Dünya iqtisadiyyatı bu il 3,2% azalacaq

14 May 2020 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin proqnozuna görə, bu il dünya iqtisadiyyatı yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən təxminən 3,2% azalacaq.

Oxuməni.az BMT-yə istinadən xəbər verir ki, 1930-cu illərdə Böyük Depressiyadan bəri baş verən ən kəskin iqtisadi daralma ilin əvvəlində 2,1% səviyyəsində olan iqtisadi proqnozları daha da mənfi edir.

"Gözlənilir ki, COVID-19 pandemiyası nəticəsində dünya iqtisadiyyatı növbəti iki il ərzində təxminən 8,5 trln. ABŞ dolları itirəcək. Bu da əvvəlki dörd il ərzində əldə edilən bütün irəliləyişləri məhv edəcək", - hesabatda bildirilir.

Departament mütəxəssislərinin fikrincə, inkişaf etmiş ölkələrdə 2020-ci ildə ÜDM istehsalı 5%-dək azalacaq, 2021-ci ildə bu göstəricinin 3,4% artması gözlənilir.

Bundan əlavə, tələbin kəskin azalması və qlobal tədarük zəncirlərindəki fasilələr 2020-ci ildə qlobal ticarətin 15% səviyyəsində azalmasına səbəb olacağı gözlənilir.

Oxuməni.az