Azərbaycan Nazirlər Kabineti Azərbaycan Prezidenti yanında KİVDF haqda qərar qəbul etdi

Azərbaycan Nazirlər Kabineti Azərbaycan Prezidenti yanında KİVDF haqda qərar qəbul etdi

17 Aprel 2012 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına görə, Nazirlər Kabineti Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetası, ştat cədvəli, işçilərinin say həddi haqqında qərar qəbul edib. Qərara əsasən, fondun işçilərinin sayı 6-dan 10-a qaldırılıb. Fondun 2012-ci il üçün saxlanılması xərcləri 502 957 manat, o cümlədən, ştatda olan işçilərin əməkhaqqı 59200 manat, ştatdankənar işçilərin əməkhaqqı 20160 manat, əməyin ödənişi ilə bağlı sair pul ödənişləri 20100 manat, Dövlət Sosial Müdafiə Fonduna ayırmaları 21881 manat həcmində təsdiqlənib. Bundan başqa, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üçün inventar və avadanlıqların alınması, mətbu nəşrlərin təsis edilməsi, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların və forumların təşkili, üzvlərin bu tədbirdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə və ekspertlərin qonorar xərclərinin ödənilməsi, bank xərcləri, işçilərin icbari dövlət sığortası və fondun fəaliyyəti ilə bağlı digər xərclər 381616 manat müəyyənləşdirilib.

Cari il üçün fond tərəfindən KİV və jurnalist müsabiqələrini maliyyələşdirmək üçün 2658389 manat vəsaitin ayrılması təsdiqlənib. Bundan başqa, fond tərəfindən "Azərbaycan", "Göyərçin", "Günəş", "Qobustan", "Literaturnıy Azerbaydjan", "Ulduz" jurnalı və "Ədəbiyyat", "Savalan" qəzetlərinin redaksiyalarına verilməsi üçün 709262 manat vəsait nəzərdə tutulub.

O.M.