Fransa ilə Azərbaycan arasında iclas olacaq

Fransa ilə Azərbaycan arasında iclas olacaq

6 May 2020 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 12-də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası birlikdə "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan işgüzar şurasının növbəti iclası keçiriləcək.

Oxuməni.az xəbər verir ki, vebinar formatında keçiriləcək tədbirdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edəcək.

Görüşdə Azərbaycanda koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün görülən tədbirlər, həmçinin pandemiyanın investisiya layihələrinə, insan resurslarının idarə edilməsinə və gömrük prosedurlarına təsiri müzakirə ediləcək.

Oxuməni.az