Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir

Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir

17 Aprel 2012 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir. Bu barədə UNİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Həyat üçün faydalı faktlar" toplusunun təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova bildirib. Onun sözlərinə görə, bunun qarşısını almaq mümkündür: "Bu, yalnız həkimlərdən asılı deyil. Bütün əhalinin, valideynlərin bu bilgilərə yiyələnməsi vacibdir. Çox təəssüf ki, Azərbaycanda Azərbaycan dilində valideynlər üçün kitablar çox azdır".

Tədbirdə bildirilib ki, Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. Qeyri-adekvat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır. Bu isə qarşısının alınması mümkün olan uşaq xəstəliklərinin və problemlərinin yaranmasına səbəb olur.

O.M.