Rusiya bazarı Azərbaycan məhsullarının tədarükündə maraqlıdır

Rusiya bazarı Azərbaycan məhsullarının tədarükündə maraqlıdır

1 May 12:41
3 111
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Azərbaycan məhsullarının tədarükündə maraqlıdır.

Oxuməni.az-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracı üçün əsas bazardır:

“Son dövrlərdə Azərbaycan məhsullarının Rusiyaya ixracı əhəmiyyətli şəkildə artır. 2019-cu ildə Rusiyaya 731,8 milyon dollar məbləğində məhsul ixrac edilib ki, bu da 2018-ci illə müqayisədə 10 faiz azdır. Koronavirus pandemiyasına baxmayaraq bu ilin birinci rübündə ixracın artımı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12 faiz təşkil edib. Biz görürük ki, Azərbaycanın istehsal imkanları və Rusiya bazarının tələb potensialı çox yüksəkdir”.

Oxuməni.az