Həftə sonu hava sərin keçəcək

Həftə sonu hava sərin keçəcək

13 Aprel 2012 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında gecə və səhər qısamüddətli az yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Aprelin 15-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Aprelin 14-də Azərbaycanın bəzi bölgələrində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Aprelin 15-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

O.M.