Kim nə qədər vergi ödəyibsə, o qədər yardım alacaq

Kim nə qədər vergi ödəyibsə, o qədər yardım alacaq

8 Aprel 17:10
2 931
Bəyəndim (0) Bəyənmədim (0)

"Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin məbləği 2019-cu ildə dövlət büdcəsində ödədiyi vergilərin, MDSSH-nın və işsizliyə görə sığorta haqqının cəmi məbləği qədər olacaqdır".

Oxuməni.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu qənaətə gəlməsinə səbəb İqtisadiyyat Nazirliyinin maliyyə dəstəyi mexanizmləri haqqında məlumatı olub. "Məlumatda qeyd edilir ki, fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək".

Rəşad Həsənov hesab edir ki, ayrılan məbləğ (300 min sahibkara 80 milyon manat) onu deməyə əsas verir ki, bu istiqamət üzrə orta maliyyə dəstəyinin məbləği 266.7 manat olacaqdır.

Oxuməni.az