Gürcüstanın avtomobil bazarında dərin böhran yaranıb

Gürcüstanın avtomobil bazarında dərin böhran yaranıb

7 Aprel 15:27
1 279
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda koronavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət, sərhədlərin bağlanması və ümumi karantin yerli avtomobil bazarında dərin böhrana səbəb olub.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli “Commersant” nəşri yazıb.

Avtodilerlər vəziyyətin daha da pisləşəcəyini proqnoz edirlər. Onların sözlərinə görə, indiki şəraitdə əhali gündəlik tələbat məhsulları və maşın arasında seçim etməli olurlar. Əlbəttə ki, böyük əksəriyyət birinciyə üstünlük verir və avtomobil almağı gələcəyə saxlayır.

Avtomobil bazarı tam dayanmaqla yanaşı, onlayn satışlar da 50% azalıb.

Məqalədə qeyd olunub ki, avtomobillərin qiyməti dəyişməz qalsa da, potensial alıcılar mövcud vəziyyətə görə maşın almaqdan çəkinirlər və öz maliyyə imkanlarını digər həyati əhəmiyyətli istiqamətlərə yönəldirlər.

Qeyd edək ki, avtomobillər Gürcüstanın bir nömrəli ixrac məhsuludur. Bu ilin yanvar-fevral aylarında qonşu ölkə 99,6 milyon ABŞ dolları dəyərində minik maşını ixrac edib ki, bu malın ümumi ixracdakı payı 18,9%-ə bərabər olub. Hesabat dövründə ixracın 61%-i Azərbaycanın payına düşüb.

Oxuməni.az