İMF prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"

İMF prezidenti: "Dünya iqtisadiyyatı iflas nöqtəsinə çatıb"

6 Aprel 11:56
1 032
Bəyəndim (0) Bəyənmədim (0)

"Koronavirus (COVID-19) epidemiyası qlobal iqtisadiyyatı iflas nöqtəsinə və ya 10 il əvvəlki qlobal maliyyə böhranından daha pis resesiya vəziyyətinə gətirib".

Oxuməni.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (İMF) prezidenti Kristalina Georgiyeva Ümumdünya Səhiyyə Təşkilatının (WHO) prezidenti ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, inkişaf etmiş ölkələr koronavirus epidemiyasının qlobal iqtisadiyyata və səhiyyə sisteminə təsirlərini azaltmaq üçün inkişaf etməkdə olan ölkələrə yardımlarını artırmalıdır.

“Bu böhran digərləri kimi deyil. Dünya iqtisadiyyatı iflas nöqtəsinə gəlib. Hazırda qlobal iqtisadiyyatda resesiya baş verir”, – K.Georgiyeva vurğulayıb.

Oxuməni.az