Banklar müştəriləri saatlarla xəttdə gözlədirlər

Banklar müştəriləri saatlarla xəttdə gözlədirlər

5 Aprel 11:40
1 304
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkədə tətbiq edilən gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar banklar onlayn xidmətə keçsə də, müştərilər bu xidmətdən o qədər də razı qalmadılarını bildirirlər. Onlar qeyd edilər ki, bankların əlaqə nömrəsinə zəng etdikdə, saatlarla xəttə gözləməyə məcbur olurlar. Bankların sosial şəbəkə hesabları da müraciətləri cavabsız qoyur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı “Yelo Bank”ın İctimaiyyətlə əlaqələr üzrə müşaviri İlkin Əhmədov Axar.az-a açıqlamasında bildirib ki, zənglərin sayı artsa da, müştərilərin saatlarla gözlədilməsi faktı qeydə alınmayıb:

“İlk növbədə qeyd etmək istərdim ki, yaranmış vəziyyətlə əlaqədar biz fəaliyyətimizdə Nazirlər Kabineti yanında Operativ qərargahın tələblərini əsas götürürük. Çünki bizim üçün müştərlərimizin və əməkdaşlarımızın sağlamlığı hər şeydən daha vacibdir. Düzdür, son durumla əlaqədar zənglərin sayı artıb. Lakin saatlarla gözlədilmə faktı qeyd alınmayıb. Sosial şəbəkələrə daxil olan müraciətlərin sayı da az deyil, lakin onlar da operativ qaydada məsul əməkdaşlarımız tərəfindən cavablandırılır. Yeri gəlmişkən, müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə mütəmadi olaraq nəzarət olunur ki, bu da daha yaxşı nəticə əldə etməyə imkan verir”.

“AccessBank”ın İctimaiyyətlə əlaqələr üzrə meneceri Sərvinaz Ələkbərova qeyd edib ki, bankda onlayn rejimin çevikliyi üçün o sahədə çalışan əməkdaşların sayı artırılıb:

“Ölkədə tətbiq edilən xüsusi rejimlə əlaqədar ofisə yaxınlaşan müştərilərin sayında azalma müşahidə edilir. Bu səbəbdən bəzi filiallarda işi azalan əməkdaşlar onlayn rejimin çevikliyini təmin etmək üçün məlumatlandırma mərkəzində işə cəlb ediliblər. Həmçinin sosial şəbəkələrdə müraciətlərin tez bir zamanda cavablanmasını təmin etmək məqsədi ilə əlavə işçilər bu işə cəlb edilib”.

“Bank of Baku”nun Reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva bildirib ki, karantin rejimində müştərilərin evdə qalaraq, bankın xidmətlərindən rahatlıqla istifadə edə bilmələri üçün mövcud onlayn kanallar vasitəsilə geniş həcmdə xidmətlər göstərilir:

“Bankımızın 145 Məlumat Mərkəzi həftə içi 5 gün saat 09:00-dan 20:00-dək, şənbə, bazar və qeyri-iş günlərində isə saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərin xidmətindədir. Mövcud vəziyyətlə əlaqədar, məlumat mərkəzimizə daxil olan zənglərin sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq, xətdə gözləmək imkanı olmayan müştərilərə 145 Məlumat Mərkəzinin “callback” xidmətindən istifadə imkanı yaradılıb. Belə ki, müştərinin yerləşdirdiyi sifarişə uyğun olaraq, ən qısa müddət ərzində ona geri zəng olunur. Həmçinin, onu da qeyd edək ki, 145-ə zəng edib, hər hansısa bir səbəbdən dəstəyi asan müştərilərə də növbəli əsaslarla zəng olunur və onların müraciəti araşdırılır. Bununla da bankımızın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaq istəyən bütün müştərilərin müraciətləri eşidilir və istək və tələblərinə uyğun olaraq xidmət göstərilir. Müştərilərimiz, bankımıza olan müraciətlərini və ya suallarını sosial şəbəkələrdəki ünvanlarımıza da göndərə bilərlər. Eyni zamanda, +994 50 447 00 55 və ya +994 70 447 00 55 nömrəsi üzərindən rəsmi Votsap hesabımızla da əlaqə saxlayaraq, onları maraqlandıran suallara cavab əldə edə bilərlər.

Bankımızın rəsmi internet ünvanında onlayn konsultant xidməti mövcuddur ki, həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq müştərilərin müraciətlərini cavablandırır. Qeyd olunan bütün onlayn müraciət kanalları vasitəsilə gündəlik olaraq daxil olan sual və təkliflərin maksimum operativ cavablandırılmasına çalışırıq və bir daha müştərilərimizi xüsusi bir ehtiyac olmadan evdən çıxmamağa çağırırıq.

Qeyd edim ki, müştərilər banka yaxışlanmadan bir çox xidmətlərimizdən DostBank mobil tətbiqi və ya İnternet Bankçılıq xidməti vasitəsilə də faydalana bilərlər”.

Oxuməni.az