Rusiya OPEC+ çərçivəsində ABŞ ilə razılaşmalara hazırdır

Rusiya OPEC+ çərçivəsində ABŞ ilə razılaşmalara hazırdır

4 Aprel 16:46
1 399
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya OPEC+ çərçivəsində, xüsusən də konkret olaraq ABŞ ilə razılaşmalara hazırdır. Neft hasilatının azaldılması tərəfdaşlıqla aparılmalıdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Biz tərəfdaşlarımızla OPEC+ formatı çərçivəsində razılaşmalara, həmçinin bu məsələdə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etməyə hazırıq. Hesab edirəm ki, bu əlaqələndirilmiş səylər, əlaqələndirilmiş istehsal nəticəsində bazarı tarazlaşdırmaq və azaltmaq üçün səyləri birləşdirmək lazımdır”, – Rusiya prezidenti qlobal bazarlardakı vəziyyətlə bağlı iclasda çıxışı zamanı deyib.

O vurğulayıb ki, ilkin hesablamalara əsasən, burada söhbət həcmlərin, təxminən, gündəlik 10 mln. barelə qədər azaldılmasından gedir: “Bunun üçün də biz bu gün toplaşmışıq ki, bu məsələni müzakirə edək”.

Prezident qeyd edib ki, hər şey tərəfdaşlıqla baş verməlidir: “İnanıram ki, tərəfdaşlıq əlaqələrindən danışarkən, o zaman hamı, o cümlədən tərəfdaşlarımız da başa düşürlər ki, böhrandan əvvəl hökm sürən istehsal səviyyəsinin azalması barədə danışa bilərik, yəni bu ilin birinci rübündəki istehsal səviyyəsindən danışırıq”.

Oxuməni.az