Tramp bildirib ki, Moskva və Ər-Riyada neft hasilatı üzrə güzəştlər vəd etməyib

Tramp bildirib ki, Moskva və Ər-Riyada neft hasilatı üzrə güzəştlər vəd etməyib

3 Aprel 2020 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Rusiya və Səudiyyə Ərəbistanı rəhbərliyi ilə neftin qiyməti ilə bağlı söhbətlərdə hasilatın azaldılması şəklində Birləşmiş Ştatlar tərəfindən mümkün güzəştləri müzakirə etmədiyini bildirib.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, o qeyd edib ki, Moskva və Ər-Riyad tezliklə dünya bazarlarında vəziyyətin yaxşılaşdırılması üçün xammal məhsullarının həcminə dair saziş bağlaya bilərlər.

"Bu, Rusiya üçün, Səudiyyə Ərəbistanı üçün yaxşı olardı. Ümid edirəm ki, onlar bu sazişi imzalayacaqlar və bu tezliklə baş verəcək",- deyə Amerika lideri mətbuat konfransında bildirib.

Daha əvvəl Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ilə dünya enerji bazarında vəziyyəti müzakirə etdiyini söylədi. O cümlədən, təklif edib ki, bu ölkə, eləcə də Rusiya öz hasilatını sutkada on milyon barel azalda bilər, 20 dəqiqədən sonra isə 15 milyon barrel həcmi göstərib.

Cümə axşamı məlum olub ki, Səudiyyə Ərəbistanı OPEK+ və digər dövlətlərin sövdələşməsində iştirak edən ölkələrin "ədalətli razılığa nail olmaq və neft bazarlarında balansın bərpası məqsədilə" təcili görüşünə çağırıb.

Oxuməni.az